Nigeriyanın Rivers əyalətindəki Port Harcourt Beynəlxalq Hava Limanında 67 sərnişini daşıyan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində çox sayda insan yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nigeriyanın ValueJet aviaşirkətinə məxsus təyyarə 67 sərnişini Port Harcourt Beynəlxalq Hava Limanına daşıyarkən trasdan çıxıb.
Qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.
Qəza ValueJet-dən verilən açıqlamada təsdiqlənib.
Açıqlamaya görə, təyyarəyə heç bir ziyan dəyməyib.