Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçiribbackend

Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ, ABŞ-ın nüvə gücünə malik strateji bombardmançı B-52-nin iştirakı ilə Sarı dəniz üzərində birgə hava təlimi keçirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada, iki ölkənin hərbi əməliyyatlar həyata keçirdiyi bildirilib.

ABŞ-ın iki B-52 bombardmançı təyyarəsi və iki ölkənin döyüş təyyarələrinin iştirakı ilə keçirilən hava təlimi Sarı dənizdə keçirilib.

Bildirilib ki, nazirlik sözügedən təlimin Şimali Koreyanın “təxribatlarına” qarşı Cənubi Koreya və ABŞ-ın “ortaq əməliyyat qabiliyyətini nümayiş etdirdiyini” qiymətləndirib.

B-52 ilk dəfə Cənubi Koreyadakı bazaya eniş etdi

Koreya yarımadasında Cənubi Koreya ilə birgə təlimlərdə iştirak edən ABŞ-ın nüvə gücünə malik strateji bombardmançı B-52 təyyarəsi Seul Beynəlxalq Aeronavtika və Müdafiə Sərgisində (ADEX) uçuşundan sonra paytaxt Seulun cənub-şərqindəki Çeonqju aviabazasına eniş edib.

Beləliklə, B-52 ilk dəfə olaraq Cənubi Koreyadakı hava bazasına eniş edib.