İranın Ayətullah öldürən şəxsə ölüm hökmü verildibackend

İranın Ayətullah öldürən şəxsə ölüm hökmü verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Zahidan şəhərinin keçmiş cümə imamı, Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymanini qətlə yetirən müttəhimin edam hökmü qətiləşib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, ölkənin aparıcı ruhanilərindən olan Ayətullah Abbas Əli Süleymaninin qətli ilə bağlı işə Mazenderan Baş Məhkəməsində baxılıb.

Məhkəmə iyun ayında qətli törədən şəxs qismində mühakimə olunan müttəhim haqqında ölüm hökmü çıxarıb. Təqsirləndirilən şəxsin vəkillərinin qərara etirazı ilə dosye apellyasiya şikayəti ilə Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə qərarı nəzərdən keçirərək ölüm cəzasını təsdiqləyib.

İranın Ekspertlər Məclisinin üzvü, ölkə rəhbərini seçən, ona nəzarət edən və vəzifədən azad edən qurum kimi tanınan Ayətullah Abbas Əli Süleymani aprelin 26-da Mazandaran əyalətinin Babulser şəhərində silahlı hücum nəticəsində həyatını itirib.