Ruandadakı 13 mədən müəssisəsinin ətraf mühitə zərər verdiyi və iş şəraitini təmin edə bilmədiyi səbəbiylə fəaliyyətinin dayandırıldığı açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ruanda Mədən, Neft və Qaz İdarəsi (RMB) tərəfindən edilən açıqlamaya görə, araşdırma aparılıb və ölkədəki mədən müəssisələri ilə bağlı hazırlanıb.
Açıqlamada araşdırmalar nəticəsində ətraf mühitə dəyən zərər və qeyri-adekvat iş şəraitinə görə 13 mədənçıxarma müəssisəsinin bağlandığı, bu müəssisələrin “daim nöqsanların olduğu” və “öhdəliklərini yerinə yetirə bilmədiyi” vurğulanıb. .
Şərqi Afrika ölkəsi Ruanda qızıl, almaz və kömür mədənləri ilə diqqət çəkir.