Ermənistan və Belçika XİN başçıları Aİ ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblərbackend

Ermənistan və Belçika XİN başçıları Aİ ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belçikalı həmkarı Hadja Lahbib ilə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər həm ikitərəfli gündəliyə, həm Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsinə, həm də regional məsələlərə toxunublar. Görüşdə ticari-iqtisadi, informasiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsi imkanları da müzakirə olunub.