Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri İsveçin NATO-ya üzvlük məsələsinə baxmağa başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Prosedura görə, İsveçin alyansa daxil olması ilə bağlı protokol əvvəlcə komitədə təsdiqlənməlidir, sonra məsələyə Türkiyə Böyük Millət Məclisində baxılacaq. Bundan sonra sənədi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.