Türkiyədə Kahramanmaraşın Andırın rayonunda itən yaşlı qadın kəndin kənarında sağ-salamat tapılıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Dünən gecədən Boztopraklı rayonundan xəbər alınmayan Alzheimer xəstəsi Cennet Karaoğlanın yaxınları vəziyyəti səlahiyyətlilərə bildirib.
Axtarış itinin də iştirakı ilə həyata keçirilən axtarış tədbirləri zamanı qadın 13 saat sonra evinə təxminən 5 kilometr uzaqlıqdakı mezrada tapılıb.
O, polis əməkdaşları tərəfindən yerindən çıxarılaraq sağlamlıq müayinəsi üçün Andırın Dövlət Xəstəxanasına aparılıb.