Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Gürcüstan miqyasında bir sıra məsələ ilə bağlı sorğu keçirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, respondentlərə ünvanlanan suallar arasında bu həftə parlament seçkiləri keçirilsəydi hansı partiyanı dəstəkləyəcəkləri də olub.
Sorğunun nəticələrinə əsasən, partiyaların reytinqləri aşağıdakı kimidir:
●► “Gürcü Arzusu” – 25%
●►”Vahid Milli Hərəkat” – 13%
●► Qiorqi Qaxaria – “Gürcüstan üçün” – 4%;
●►Strategiya Ağmaşenebeli – 3%
●►Qirçi” – 3%;
●►”Qirçi – daha çox azadlıq” / “Droa” – 3%;
●► “Lelo” – 2%
●► “Leyboristlər” – 2%;
●► “Vətəndaşlar” – 2%;
●► “Xalq üçün” – 2%
●► “Xalqın gücü- 1%;
●► “Vətənpərvərlər Hərəkatı” – 1%;
●► “Alt-İnfo” – 1%
●► “Avropalı Gürcüstan” – 1%;
Rəyi soruşulanlardan 18%-i hansı partiyaya səs verəcəklərini bilmədiyini, 6%-i ümumiyyətlə seçkilərdə iştirak etməyəcəyini dilə gətirib. Respondentlərin 5%-i isə suala cavab verməkdən imtina edib.
Məlumat üçün bildirək ki, sorğu 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək Beynəlxalq Respublika İnstitutu Araşdırmalar Mərkəzi adından Baltikyanı Tədqiqatlar və Gelap Təşkilatının nümayəndəsi doktor Rasa Alishauskine tərəfindən aparılıb. Sorğuda səsvermə hüququna malik 1200 respondent iştirak edib.