Gürcüstanda Dmanisi bələdiyyəsinin Hamamlı kəndində 15 yaşlı yeniyetmə qəsdən adam öldürmək ittihamı ilə həbs edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, noyabrın 15-də Hamamlı kəndində gənclər arasında qarşılıqlı mübahisə baş verib, bu zaman təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü gəncə ürək və döş qəfəsi nahiyəsindən ölümcül xəsarətlər yetirib və oradan qaçıb.
İsti izlərlə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi gecə saatlarında həbs ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır. Saxlanılan şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.