Gürcüstanda Dmanisdə 18 yaşlı gəncin öldürülməsi ilə bağlı bir neçə versiya mövcuddur.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, versiyalardan birinə görə, hadisə 18 yaşlı oğlanla 15 yaşlı yeniyetmə arasında mübahisə zəminində baş verib.
Qarşıdurma gecə saatlarında da davam edib, 15 yaşlı yeniyetmə 18 yaşlı oğlanı çağırıb və soyuq silahla sinəsindən bıçaqlayıb.
Məlumata görə, cinayətkarın yanında iki nəfər olub, onlar qətlə yetirilən gənci tutublar. Yaralı gənc yerindəcə ölüb.
Başqa bir versiyaya görə, gənclər arasında qarşıdurma məktəbdə zorakılıq nəticəsində baş verib.
Yeniyetmələr hadisə yerindən qaçıblar. Polis tezliklə 15 yaşlı uşağı saxlayıb. Saxlanılan azyaşlının cinayəti etiraf edib-etmədiyi hələlik məlum deyil.