“Gürcü Arzusu”nun vitse-spikeri Davit Serqeenkonun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, müvafiq qərar parlamentdə 78 səslə (2 əleyhinə) qəbul edilib.
Serqeenko özü deputatlıq səlahiyyətlərinə xitam verilməsi ilə bağlı ərizə ilə parlamentə müraciət edib.
Parlamentin sədri Serqeenkoya parlamentdəki fəaliyyətinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
Davit Serqeenko Saburtalonun majoritar deputatı idi.