Moskva metrosunda atəş açan şəxs saxlanılıbbackend

Moskva metrosunda atəş açan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva metrosunda noyabrın 17-də səhər saatlarında naməlum şəxs tüfəngdən atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə metronun “Ryazanski prospekt” stansiyasında baş verib.

Atəş açan şəxs saxlanılıb. O, stansiyada olan bir nəfəri qorxutmaq istədiyini deyib.

Ölən və yaralananların olmadığı qeyd edilir. Digər təfərrüatlar hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Moskva vilayətində polis toyda atəş açan 3 nəfəri saxlayıb.