Rusiya Ukrayna DSX-nin keçmiş rəisini axtarışa veribbackend

Rusiya Ukrayna DSX-nin keçmiş rəisini axtarışa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş rəisi Nikolay Litvini axtarışa verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun konkret olaraq hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

Daha əvvəl Rusiya İstintaq Komitəsi bildirmişdi ki, N. Litvinin tabeliyində olan şəxslər 2014-cü ildə Rusiyanın işğal altındakı Ukrayna əraziləri – Donetsk və Luqanskda hücumlar həyata keçirib, nəticədə 1200-dən çox insan həlak olub və ya yaralanıb, 140-dan çox infrastruktur obyektinə ziyan dəyib.

Qeyd edək ki, N. Litvin 2003-2014-cü illərdə Ukrayna DSX-nin rəisi vəzifəsində çalışıb.