Erməni deputat: “İlin sonuna qədər Bakı ilə sülh sazişi imzalana bilər”backend

Erməni deputat: “İlin sonuna qədər Bakı ilə sülh sazişi imzalana bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”.

İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanniyan brifinq zamanı bildirib.

“Ermənistan tərəfi bunun üçün hər şeyi edəcək”, – deputat qeyd edib.

Hakim fraksiyadan olan deputat Gevorq Papoyan isə bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi qarşıda çətin diplomatik iş dayanır.