İsrail və HƏMAS Qəzzada 3 günlük atəşkəs haqqında razılığa gəliblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu, humanitar xarakter daşıyır.
Həmçinin vurğulanıb ki, İsrail BMT-nin nəzarəti altında məhdud miqdarda əlavə yanacağın Qəzza zolağına daxil olmasına razılaşıb.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.