“New York Times”ın bazar günü əlavəsinin redaktoru Enn Boyer qəzetin İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərinə “Daha müharibə qızışdıran yalanlara yox” sözləri ilə reaksiya verib və istefa verib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Boyer şəxsi səhifəsində dərc etdiyi istefa məktubunda İsrailin ABŞ-ın dəstəklədiyi Qəzza xalqına qarşı müharibəsi heç kimin xeyrinə deyil deyib.
Bu müharibədə İsrail, ABŞ, Avropa və xüsusilə yəhudi xalqı üçün heç bir təhlükəsizlik olmadığını qeyd edən Boyer bildirib ki, bu müharibə yalnız neft və silah istehsalçılarının ölümcül qazancına xidmət edir.
Boyer istefa məktubunda qeyd edib: “Dünya, gələcəyimiz, ürəyimiz bu müharibə üzündən getdikcə daha da kiçilməkdədir. Bu, təkcə raketlər və torpaq işğalı savaşı deyil. Bu, müqavimət göstərən Fələstin xalqına qarşı bir müharibədir. İşğal, məcburi köçkünlük, məhrumiyyətlər, nəzarətlər, mühasirələr, həbslər və onilliklər boyu işgəncələr”.
Sənətçilər üçün bəzən ən məhsuldar etiraz yolunun “rədd” olduğunu vurğulayan Boyer məktubunu belə yekunlaşdırıb:
“Bizi bu irrasional iztirab mühitinə alışdırmaq məqsədi daşıyan “ağıllı” tonlarda şeir yaza bilmərəm. Artıq iyrənc evfemizmlər yoxdur. Artıq sözlərlə təmizlənmiş cəhənnəm mənzərələri yoxdur. Artıq müharibə qızışdıran yalanlar yoxdur. Əgər bu istefa xəbər aləmində şeir boyda boşluq yaradırsa, bu, anın əsl formasıdır”.