ÜST: Şifa Xəstəxanasından körpələrin təxliyəsi üçün danışıqlar davam edirbackend

ÜST: Şifa Xəstəxanasından körpələrin təxliyəsi üçün danışıqlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsrailin mühasirəsində olan Şifa xəstəxanasında qalan körpələrin təxliyyəsini asanlaşdırmaq üçün Misir səlahiyyətliləri ilə birlikdə çalışdığı və İsrail Müdafiə Qüvvələri ilə danışıqların davam etdiyi bildirilir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ÜST-ün nümayəndəsi Riçard Brennan bildirib ki, yanacağın olmaması və təhlükəsizlik vəziyyəti evakuasiyanı çətinləşdirib.

ÜST-nin günlərdir Qəzzanın şimalındakı xəstəxanalarla əlaqə qura bilmədiyini deyən Brennan bildirib ki, bu, tamamilə ümidsiz bir vəziyyətdir.

Təşkilatın Misir səlahiyyətliləri ilə birlikdə evakuasiyalar üçün “təhlükəsizlik təminatı və təhlükəsiz keçid” təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə İsrail Müdafiə Qüvvələri ilə danışıqlar apardığını ifadə edən Brennan, yanacaq çatışmazlığının da ölkə üçün problem yaratdığını bildirib.

Brennan, yeni doğulan körpələrin, vaxtından əvvəl doğulan körpələrin və reanimasiya xəstələrinin təxliyəsi üçün Şifa Xəstəxanasına hərəkət edəcək bir konvoy yaratmağa çalışdıqlarını, lakin bunun çox planlama tələb etdiyini ifadə edib: “Fələstin Qızıl Aypara təcili yardımlarının çoxu işləmir. Hazırda Misirdən təcili yardım maşını gətirib Şifa xəstəxanasına aparmağı düşünürük”.

Dr. Brennan qeyd edib ki, 24 saat ərzində vəziyyətlə bağlı daha ətraflı məlumat əldə edəcəyinə ümid edir.

Ümumdünya Səhiyyə Təşkilatının əldə etdiyi son məlumata görə, Şifa Xəstəxanasında 36 yeni doğulmuş və 27 reanimasiya xəstəsi olmaqla, təxminən 600 xəstə, 280 işçi və 2500 köçkün var.