Almaniya Moldova ilə birlikdə Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Belə ki, rəsmi Berlinin məlumatlarına görə, bu, qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması istiqamətində mühüm addımdır.
Almaniya Bundestaqının bu qərarının səbəblərindən biri, ehtimal ki, Gürcüstan vətəndaşlarının sığınacaq üçün rekord sayda müraciət etməsi olub. Almaniya Qaçqınlar və Miqrantlar üzrə Federal İdarəsinin (BAMF) statistikasına görə, son 3 ildə sığınacaq axtaranların sayı demək olar ki, 160% artıb.
Daha dəqiq desək, 2021-ci ilin yanvar-oktyabr aylarında 3279 Gürcüstan vətəndaşı Almaniyaya sığınacaq üçün müraciət edibsə, 2022-ci ilin eyni dövründə bu rəqəm 6908-ə yüksəlib, bu ilin yanvar-oktyabr aylarında isə 8513 Gürcüstan vətəndaşı Almaniyaya sığınacaq üçün müraciət edib.
Gürcüstan Almaniyaya sığınacaq üçün müraciət edənlər arasında ilk onluğa daxildir. Bundan əlavə, BAMF-ın statistikasına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında 7644 Gürcüstan vətəndaşı Almaniyaya sığınacaq üçün müraciət edib ki, bu da ümumi sayın 2,9%-ni təşkil edir.
İlk onluqda Gürcüstanla yanaşı, Moldova, İran, Rusiya və Somali də yer alıb