Bu ölkənin vətəndaşlarının pasportları sərhəddə çiplə yoxlanılacaqbackend

Bu ölkənin vətəndaşlarının pasportları sərhəddə çiplə yoxlanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan vətəndaşlarını pasportları sərhəddə holoqramla yox, çiplə yoxlanılacaq.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

“2023-cü ildə Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Avropa Komissiyası tərəfindən akkreditə olunmuş şirkətin auditindən uğurla keçib, ona görə Gürcüstanın elektron imzası Aİ qaydalarına tam uyğundur. Hazırda agentlik regionda Avropa qaydalarının tələblərinə uyğun sertifikatlaşdırılmış yeganə qurumdur. Aİ standartlarına uyğunluq Gürcüstan şirkətlərinin Aİ bazarında fəaliyyətlərini genişləndirmək, iqtisadi proseslərin çevikliyini təmin etmək və xərcləri azaltmaq üçün zəmin yaradır.

Həmçinin, bu il Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən ilk dəfə olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Gürcüstan vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq səyahət sənədlərinin həqiqiliyini təsdiq edən sertifikatlar təqdim edilib və ölkə pasportları sərhəddə holoqramla yox, çiplə yoxlanılacaq. Bu, növbəti uğurudur”, – ölkənin ədliyyə naziri Rati Breqadze bildirib.