Bu gün britaniyalı nazirin Cənubi Qafqaz regionuna səfəri başlayırbackend

Bu gün britaniyalı nazirin Cənubi Qafqaz regionuna səfəri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaz regionuna səfəri başlayır.

İnterpress.az Böyük Britaniya səfirliyinə istinadən xəbər verir ki, L.Dokerti regiona səfəri çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq.

O, Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edəcək, regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün ölkələr arasında birbaşa sülh danışıqlarının təcili aparılmasının zəruriliyini vurğulayacaq.

Bildirilib ki, nazir Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə kömək etməkdə Britaniyanın təcrübəsini təbliğ edəcək.