“Beynəlxalq təşkilatlar dünyada baş verən proseslərə səssiz yanaşır. Böyük dövlətlər müharibələri dayandırmaq istəmir”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Sabahın dünyasında bu günün uşaq hüquqları” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ancaq ABŞ-nin mövqeyinə görə dünyada müharibələr davam edir: “Çünki Vaşinqton BMT Təhlükəsizlik Şurasının qərarlarına veto qoyur. Ona görə də biz deyirik ki, dünya beşdən böyükdür”.