İrəvan və Brüssel Azərbaycanla sərhəddə Aİ müşahidə missiyası ilə bağlı sənəd imzalayıblarbackend

İrəvan və Brüssel Azərbaycanla sərhəddə Aİ müşahidə missiyası ilə bağlı sənəd imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə bağlı saziş imzalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, sənəd Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu ilə bağlıdır.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya bu ilin fevralında fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.