Yaxın günlərdə Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcəkbackend

Yaxın günlərdə Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Azərbaycan və İraq arasında iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı məlumat verilib.

Prezident İlham Əliyev İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.