“Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik”.
İnterpress.az xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
O, Azərbaycan liderinə təşəkkür edib: “Təşəkkür edirəm, cənab Prezident, Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır”.