Fələstinin Təhsil və Təlim Nazirliyi oktyabrın 7-dən bəri İsrail ordusunun blokada altındakı Qəzza zolağına həyata keçirdiyi hücumlarda əksəriyyəti tələbə olmaqla 5 mindən çox uşağın öldüyünü açıqlayıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Oktyabrın 7-dən bu yana Qəzza zolağına edilən hücumlarda 3 mindən çoxu tələbə olmaqla, 5 mindən çox uşaq həyatını itirib.
İşğal altındakı İordan çayının qərb sahilində 23 şagirdin həyatını itirdiyi bildirilib.
Dünya ölkələrindən və qurumlarından fələstinli uşaqların və tələbələrin həyat və təhsil hüquqlarını qorumaq, İsrailin, ordunun və yəhudi köçkünlərinin zülmkar tətbiqlərinə qarşı çıxmaq tələb edilib.
Bəyanatda Qəzza zolağında uşaq və tələbələrin öldürülməsinin bütün beynəlxalq norma və konvensiyalara zidd olduğu, televiziya kanalları və media orqanlarında yayımlanan bu dəhşətli görüntülərin ölkə daxilində təhsil müəssisələrinin hədəfə alındığını və İsrailin zehniyyətini ortaya qoyduğu bildirilib.