Rəqəmsal yayım platformalarına tələbat artdıqca televiziya izləmə dərəcələri azalmağa davam etsə də, abunə haqlarının artması nəticəsində tamaşaçıların bu platformalara marağının azala biləcəyi təxmin edilir. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Dünyanın diqqətini münaqişələrə, sülh və təhlükəsizliyə təhdidlərə yönəltməklə televiziyanın müxtəlif məsələlərə diqqəti yönəltməkdə potensial rolunu və onun qərar qəbuletmə proseslərinə təsirini artırdığını nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası noyabrın 17-də 21 noyabrı “Ümumdünya Televiziya Günü” elan edib.
Keçmişdən bu günə önəmli bir əyləncə və ünsiyyət vasitəsinə çevrilən televiziya tədricən öz yerini rəqəmsal yayım platformalarında serial və filmlərə verməyə başlayıb.
ABŞ-da yerləşən Nielsen tədqiqat şirkəti iyul ayında amerikalıların televiziya və ya rəqəmsal yayım platformalarında yayımlara baxıb-baxmadığını araşdıran bir araşdırma yayımlayıb.
Araşdırma, tamaşaçıların iyul ayında televiziyada yayımlanan proqramlar yerinə son bir neçə ildə üstünlük verilən rəqəmsal platformalara üz tutduğunu müəyyən edib.
Amerikalıların televiziyada peyk yayımlarına baxma nisbətinin iyul ayında yüzdə 3,6 azaldığı müəyyən edilərkən, bunun ümumi televiziya izləmə nisbətinin yüzdə 20-yə bərabər olduğu bildirilib.
Kabel televiziyası yayımlarına baxma nisbəti 2,9 faiz azaldığı halda, bunun ümumi televiziya izləmə nisbətinin 29,6 faizini təşkil etdiyi görülüb.
Belə ki, ölkədə iyul ayında televiziya yayımlarının 49,6 faiz izləndiyi, Netflix və YouTube kimi rəqəmsal yayım platformalarının isə iyun ayı ilə müqayisədə baxım nisbətinin artaraq 38,7 faizə çatdığı müəyyən edilib.
Ən çox seçilən rəqəmsal yayım platformaları YouTube, Netflix və Amazon Prime Video olub.
Araşdırma, iyul ayında rəqəmsal platformalarda hazırlanan orijinal məzmundan daha sonra əlavə edilən televiziya proqramlarının bu platformalara marağın artmasına səbəb olduğunu təxmin edib.
Bundan əlavə, araşdırmada televiziya yayımları və rəqəmsal platformalar xaricində DVD və audio yayımları kimi məzmunu ehtiva edən kateqoriyaya üstünlük verənlərin nisbəti yüzdə 11,6 olaraq təyin olunub.