UNECE rəsmisi: “SPECA ölkələri nəqliyyat xərclərini 30 %-ə qədər azalda bilər”backend

UNECE rəsmisi: “SPECA ölkələri nəqliyyat xərclərini 30 %-ə qədər azalda bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) əhatə etdiyi ölkələrin təhcizat zəncirindəki problemləri aradan qaldırması onların nəqliyyat xərclərini 30 %-ə qədər azalda bilər.

İnterpress.az xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.

Onun fikrincə, bununla SPECA ölkələrinin dəmir yolu infrastruktu imkanları və paralel olaraq konteyner daşımaları 4 dəfə arta, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteynerlərin sayı 200 minə çata bilər. SPECA üzv ölkələr arasında sənədlərin rəqəmsallasmasi məsələsini də irəli sürüb. Bu yük daşımalarının da həcmini artıra bilər”.