Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox vəsait qaytarılıb.
Bu barədə İnterpress.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunun 98,9 min manatı oktyabr ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 4,7 dəfə çoxdur.
Bu il noyabrın 1-nə muxtar respublikada 2 212 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb. 10 ay ərzində belə aparatlarla qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.