Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin blokadası və sıx hücumları altında olan Qəzzada təxminən 800 min uşağın evindən didərgin düşdüyünü bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
UNICEF-in sözçüsü Ceyms Elder BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Qəzzada sağlamlıq vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.
Elder bildirib ki, Qəzzada təmiz suya və kanalizasiyaya çıxışın məhdudlaşdırılması davam etdikcə, ölən uşaqların sayında faciəvi artım olacaq.
O, Qəzzada yağışlı mövsümün başladığına da diqqət çəkərək, uşaqların kütləvi epidemiya riskinin ciddi olduğunu bildirib.
“İndiyə qədər Qəzzada 5350-dən çox fələstinli uşağın öldürüldüyü bildirilir. Bu, acınacaqlıdır. Ağrılar Qəzzada məskunlaşır. Təxminən 800 min uşaq Qəzzada köçkün düşüb. Bu, daha çox insan itkisi deməkdir”, o əlavə edib.