Konqo Respublikasının paytaxtı Brazzavildə yerləşən Mişel-Ornano stadionunda hərbçilərin seçilməsi zamanı baş verən izdihamda ən azı 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mişel-Ornano stadionunun qarşısına hərbi personal seçimi üçün toplaşan gənclər stadiona daxil olarkən izdiham yaşanıb.
Çox sayda insanın yaralandığı izdihamda ən azı 37 nəfər həyatını itirib. Yaralılara Brazzavil Universitetinin xəstəxanasında tibbi yardım göstərilib. Konqo ordusu müxtəlif bölmələrdə xidmət etmək üçün 1500 hərbçi alacağını açıqlayıb.