Şimali Koreya hərbi peyk buraxmağa hazırlaşdığını açıqlayıbbackend

Şimali Koreya hərbi peyk buraxmağa hazırlaşdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya sabahdan etibarən 9 günlük müddət ərzində kosmosa hərbi peyk göndərməyə hazırlaşdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Sahil Mühafizəsi Pxenyanın dekabrın 1-dək hərbi peyk buraxacağı barədə onlara məlumat verdiyini qeyd edib.

Yaponiyanın baş naziri Kişida Fumio Şimali Koreyanın üçüncü cəhdi olacaq bu peyk buraxılışı ilə bağlı jurnalistlərə açıqlama verərək, bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını bildirib.

Kişida əlavə edib ki, Yaponiya peykin buraxılması ilə bağlı məlumatların toplanması və təhlili üçün maksimum səy göstərəcək.