Hindistanda tuneldə sıxışan işçilər 10-cu gündə görünübbackend

Hindistanda tuneldə sıxışan işçilər 10-cu gündə görünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində tikilməkdə olan tunelin çökməsi nəticəsində qapalı qalan işçilərlə xilasetmə işlərinin 10-cu günündə video zəng edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistanın Uttarakhand əyalətinin baş naziri Puşkar Sinq yol işləri zamanı çökən tuneldə sıxışan işçilərlə bu gün videoda göründüklərini və vəziyyətlərinin yaxşı olduğunu bildirib.

Sinq xilasetmə işlərinin davam etdiyini bildirib. Ştat Baş Naziri Sinq, xilasetmə işləri boyunca qida, su və oksigen üçün istifadə edilən böyük diametrli polad borular vasitəsilə endoskopik kamera sistemi qurduqlarını söyləyib. Yerli media qapalı qalan işçilərin sayının 41 olduğunu bildirib, Hindistan xilasetmə qrupları xilasetmə işləri çərçivəsində başqa bir bölgədən qazma işlərinə başladıqlarını açıqlayıb.

Səlahiyyətlilərin cümə günü verdiyi açıqlamada, bölgəyə gətirilən yeni qazma maşınının işçilərin təhlükəsiz şəkildə çıxarılmasına kömək edəcəyi ifadə edilib.