ABŞ-da supermarketə silahlı hücumda 4 nəfər yaralanıbbackend

ABŞ-da supermarketə silahlı hücumda 4 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ohayo ştatında supermarketə silahlı hücum təşkil edən şəxs 4 nəfəri yaraladıqdan sonra intihar edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli polisin verdiyi açıqlamada, təcavüzkarın ABŞ-ın ən böyük zəncir supermarketi olan Walmartın filialına girdiyi və atəş açaraq 4 nəfərin yaralandığı bildirilib.

Hücum edənin daha sonra intihar etdiyini bildirən polis yaralıların vəziyyəti ilə bağlı məlumat verməyib. Hadisə ilə bağlı istintaq davam edir.