ABŞ-da gürcü cinayətkar qruplaşmasının üzvləri həbs edilib.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə
Nyu-Yorkun Cənub Dairəsinin Prokurorluğu məlumat yayıb.
Açıqlamaya görə, qondarma Qanuni oğru “Natan Yusubov” ləqəbli Vaja Qabadadze, Kaxa Katsadze, “Tava” ləqəbli Teymuraz Tavberidze və “Dato” ləqəbli Davit Tikaradze həbs olunub.
“İttiham aktında göstərilib ki, beynəlxalq cinayətkar qruplaşmanın lideri Qabadadze və onun tərəfdaşları pul tələb etmək üçün zərərçəkmişi fiziki zorakılıqla hədələyiblər”, – deyə vəkil Damian Williams bildirib.
İttihamnamədə bildirilir ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər Qabadadze, Katsadze, Tavberidze və Tikaradze zərərçəkmişdən pul tələb etməyə çalışıblar.
Nyu York Prokurorluğu qeyd edir ki, Kutaisidən olan 41 yaşlı Qabadadze, 45 yaşlı Katsadze, 54 yaşlı Tavberidze və 53 yaşlı Tikaradzeni 20 ilədək həbs cəzası gözləyir.