“Azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı bu günə qədər beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib edərək beynəlxalq qurum və məhkəmələrə təqdim etmişik. Təəssüf ki, buna adekvat reaksiyaları görmürük”
İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda keçirilən seminar çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, iki gün davam edəcək seminar-təlim beynəlxalq hüquq çərçivəsində müəyyən kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunub.
Ombudsman təəssüf hissi ilə əlavə edib ki, ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır: “30 il ərzində bütün beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq, 4 minə yaxın soydaşımız haqqında hələ də məlumat ala bilməmişik”.