“Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir. Eyni zamanda noyabrın 23-də Minskdə keçiriləcək sammitdə Ermənistan tərəfinin yüksək səviyyədə təmsil olunmayacağına təəssüflənir”.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ümid edirik ki, Ermənistan bu sammitdə işçi, ekspertlər səviyyəsində iştirak edəcək. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid bəsləyirik”, – o vurğulayıb.