Rusiya Tacikistana iki diviziya “S-300” zenit-raket kompleksi tədarük edib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə hava hücumundan müdafiə vahid sistemi üçün onların tədarükləri başa çatmağa hazırdır.
Qeyd edək ki, noyabrın 21-də Tacikistan Prezidenti Əli Rahmon Rusiyaya səfər edib.