Rusiyanın Ulyanov vilayətində iki qatarın toqquşması nəticəsində 25 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, məlumatı “Mash” teleqram kanalı yayıb.
Bildirilib ki, Adlerdən Permə hərəkət edən sərnişin qatarı Bryandino və Tiinsk Kuybışevsk dəmiryol stansiyaları arasında manevr edən teplovozla toqquşub.
Sərnişinlərin 94-u uşaq olub. Məlumata görə, yaralıları yardım edilir. Hadisənin səbəbi və şəraiti araşdırılır.