Fələstinin baş naziri Məhəmməd Ştiyye bəyan edib ki, İsrail ordusu blokadada olan Qəzza zolağının 40 faizini işğal edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ştiyye Qəzza zolağına edilən hücumları müzakirə etmək üçün Ramallahda keçirilən fövqəladə sessiyanın açılışında çıxış edib.
Oktyabrın 7-dən sonra Qəzza və İordan çayının qərb sahilində vəziyyətin pisləşməsinə işarə edən İştiyə deyib ki, Qəzzada kütləvi qırğınlar, məcburi köçkünlər, su və elektrik enerjisinin kəsilməsi, qida və dərmanların paylanmasına maneələrin yaranmasının şərtləri daha da çətinləşdirdiyini bildirib.
İsrailin törətdiyi cinayətlərin “Fələstin xalqına qarşı müharibə cinayətləri və soyqırımı” olduğunu ifadə edən İştiye bildirib ki, bu gün İsrail Qəzza zolağının təxminən yüzdə 40-ını işğal edir. İsrail hər zaman işğalçı dövlət olub.
İştiyye vurğulayıb ki, silah və aclıqdan soyuqqanlı şəkildə öldürülən dinc sakinlər və günahsız uşaqlar, eləcə də ölümə buraxılan yaralılar üçün bütün məsuliyyət İsrailin üzərinə düşür.
Fələstin baş naziri qeyd edib ki, İsrail İordan çayının qərb sahilində Fələstin xalqına qarşı qətl, dini yerləri zəbt etmək, yeni yaşayış məntəqələri və nəzarət-buraxılış məntəqələri qurmaq, mövcud vəsaitləri kəsmək kimi zülmkar əməllərini davam etdirir.
İsrail və HƏMAS arasındakı qarşıdurmalara humanitar fasilə verəcək razılaşmadan məmnunluğunu ifadə edən Ştiyye Fələstin Nazirlər Şurasının Qəzza və İordan çayının qərb sahilindəki hücumları tamamilə dayandırması tələbini təkrarlayıb.
İştiyə qida, dərman və yardım materiallarının heç bir şərt olmadan təmin edilməsinin vacibliyini vurğulayıb.