Rusiya Prezidenti Vladimir Putin Qəzzada qapalı qalan vətəndaşlarına kömək edəcəklərini ifadə edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qəzza zolağındakı vəziyyətə toxunan Putin bildirib ki, orada vəziyyət artıq kritik həddi keçib.
Azad olunmaq üçün 900-dən çox müraciət aldıqlarını bildirən Putin əlavə edib: “Onlardan 639-u Rusiya vətəndaşı, 271-i isə bu vətəndaşların qohumlarıdır. Vətəndaşların təxliyyəsinə önəm veririk. Bu, çox mühüm, humanitar və nəcib bir vəzifədir. Baş verən hadisələrin qurbanı olan insanlara kömək etməliyik. Orada nələr olduğunu görürük. Ona görə də xüsusilə vətəndaşlarımıza kömək etmək bizim müqəddəs borcumuzdur. Tacikistana S-300 hava hücumundan müdafiə sistemi təhvil verdik”.
Putin bəyan edib ki, dünən Moskvada Tacikistan prezidenti Emomali Rəhmanla görüşüb və təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ilə ortaq müdafiə sisteminin yaradılmasının vacibliyinə işarə edən Putin bu istiqamətdə işlərin aparıldığını bildirib: “Tacikistana iki qrup S-300 hava hücumundan müdafiə sistemi təhvil verdik. Ümumilikdə 8 buraxılış sistemi var”.