İsrailin xarici işlər naziri HƏMAS-ın məhbusları azad etmə prosesinin cümə axşamı başlayacağını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrail Ordusunun Radiosunda iştirak etdiyi proqramda İsrailin Xarici İşlər Naziri Eli Koen İsrail və HƏMAS arasında müqavilədə nəzərdə tutulan və münaqişəyə humanitar fasilə verəcək məhbus mübadiləsi ilə bağlı qiymətləndirmələr edib.
Toqquşmaların 4 gün müddətinə dayandırılacağını bildirən Koen bunun “atəşkəs” olmadığını bildirib.
Koen qeyd edib ki, razılaşma çərçivəsində ilk qrup İsrailli məhbuslar sabah (cümə axşamı) təhvil alınacaq.
İsrail və Həmas Qətər və Misirin vasitəçiliyi ilə məhbus mübadiləsi razılaşması əldə edib. Bu çərçivədə İsrail həbsxanalarında olan 150 fələstinli məhbus HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında sərbəst buraxılacaq.