İranyönlü İraq “İslam Müqaviməti Hərəkatı” ABŞ-nin İraqın şimalında Ərbil beynəlxalq hava limanı yaxınlığındakı hərbi bazasına hücum edib.
İnterpress.az xəbər verir ki, məlumatı TASS yayıb.
Məlumata görə, hərəkat bu hücumu ABŞ-nin Qəzza zolağında İsrailin hərbi əməliyyatını dəstəkləməsinə qarşı etdiyini bildirib. İddia olunur ki, hücum pilotsuz uçan aparat vasitəsilə edilib və hədəfə çatıb.