Fələstini dəstəklədi, Hollivuddan qovuldubackend

Fələstini dəstəklədi, Hollivuddan qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinə açıq dəstək verdiyi üçün ABŞ-da film heyətindən uzaqlaşdırılan meksikalı aktrisa Melissa Barrera açıqlama verib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. O bildirib ki, buna ən çox ehtiyacı olanlar üçün danışmağa, sülh və təhlükəsizliyi, insan hüquq və azadlıqlarını müdafiə etməyə davam edəcək. Barrera “Fəryad 7” filminin heyətindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.

Yazısında antisemitizmi və müsəlmanlara qarşı olan əhval-ruhiyyəni (İslamofobiya) pislədiyini vurğulayan Barrera bildirib ki ,bu dünyada dinindən, irqindən, etnik mənsubiyyətindən, cinsindən, cinsi oriyentasiyasından və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq hər bir insan bərabər insan hüquqlarına layiqdir:

“Mənə səsimi eşitdirmək imtiyazını verən bir platformaya sahib olmaq üçün məsuliyyət hiss edirəm və buna görə də problemlər haqqında məlumatlılığı artırmaq üçün istifadə etməyə çalışdım. Ehtiyacı olanlara səsimi çatdırmaq üçün əhəmiyyət verirəm. Ən çox ehtiyacı olanlar üçün danışıram. Sülh və təhlükəsizliyi, insan hüquqlarını və azadlığını müdafiə etməyə davam edəcəyəm. Susmaq mənim üçün seçim deyil”.
Variety jurnalına verdiyi açıqlamada prodüser şirkətinin spyglass sözçüsü Barreranın Fələstin davasına verdiyi dəstəyə görə yox, sosial şəbəkələrdəki paylaşımlarının antisemit hesab edildiyi üçün aktyor heyətindən uzaqlaşdırıldığını müdafiə edib.

Barrera İsrailin Qəzzaya hücumlarına reaksiya verib və Qərb mediasını “birtərəfli” olmaqda ittiham edib.

Digər tərəfdən Barrera aktyor heyətindən uzaqlaşdırıldıqdan sonra amerikalı aktrisa Cenna Orteqa da “Fəryad 7” filminin heyətindən ayrılıb.

Orteqanın ikinci sezonunun çəkilişlərinə görə rol aldığı “Çərşənbə” filmindən ayrıldığı təsdiqlənib.

Lakin yerli media keçmişdə Fələstini dəstəkləyən paylaşımlar edən Orteqanın Barreranın işdən çıxarılmasına reaksiya olaraq filmi tərk etdiyini iddia edib.