Cənubi Koreya 1950-1953-cü illər arasında Koreya müharibəsində həyatını itirən 25 çinli əsgərin qalıqlarını geri qaytarıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Yonhap-ın məlumatına görə, bu əsgərlərin qalıqları paytaxt Seulun İnçon hava limanında təşkil edilən mərasimdə Çin səlahiyyətlilərinə təhvil verilib.
Mərasimdə Cənubi Koreya müdafiə nazirinin müavini Kim Seon-ho və Çinin veteranlarla iş üzrə müavini Çanq Çinqquo da iştirak ediblər.
Cənubi Koreya 2014-cü ildə imzalanan layihə çərçivəsində indiyədək 938 Çin əsgərinin qalıqlarını geri qaytarıb.