ABŞ və Kanadanı birləşdirən Göy qurşağı körpüsündə baş verən partlayışda 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Nyu-York qubernatoru Keti Hochul körpüdə sərhəd nəzarəti məntəqəsi yaxınlığında baş verən partlayışın “terror hücumu” olduğunu bildirib.
Nəqliyyat vasitəsinin tamamilə kül olduğunu və mühərrikindən başqa heç bir hissəsinin qalmadığını deyən Hoçul nəqliyyat vasitəsində olan 2 nəfərin həyatını itirdiyini, orada olan sərhəd məmurunun isə yüngül yaralandığını söyləyib. Hochul qeyd edib ki, ölənlərdən birinin Nyu Yorkdan olduğunu müəyyən ediblər.
Hochul partlayışla bağlı istintaqın davam etdiyini və Göy qurşağı körpüsünün bir müddət bağlı qalacağını qeyd edib.
Polis iki ölkəni birləşdirən daha üç körpünün açıldığını bildirib.
ABŞ və Kanadanı birləşdirən Göy qurşağı körpüsündə baş verən partlayışa görə sərhəd keçidləri bağlanıb.