Gürcüstanda azərbaycanlılar yaşayan rayonda məscidlərə pul ayırıbbackend

Gürcüstanda azərbaycanlılar yaşayan rayonda məscidlərə pul ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Marneulinin 2024-cü il büdcəsində dini ocaqlara 420 000 lari ayrılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilir ki, dini və digər ictimai fəaliyyət proqramı çərçivəsində bələdiyyə ərazisindəki kilsə-monastırlar, məscidlər, “Marneuli və Hucabi Eparxiyası” 400 min lari maliyyələşdiriləcək.

Həmçinin qeyd olunub ki, sözügedən vəsait dini ocaqların tam fəaliyyət göstərməsi və tarixi abidələrə qulluq baxımından təmin edilməsi üçün nəzərdə tutulub.

Geridə qalan 20 min lari isə dini müəssisələrin kommunal xərclərinə ayrılacaq. Kommunal xərclərin dini ocaqlara ödənilməsi isə aşağıdakı kimi nəzərdə tutulur:

● Marneulidə yerləşən kilsə-monastırlar və məscidlər üçün – 300 lari civarinda;

● Kənddə yerləşən və təbii qaz çəkilməmiş kilsə-monastırlar və məscidlər üçün – 100 lari civarında;

● Kənddə yerləşən və təbii qaz çəkilmiş kilsə-monastırlar və məscidlər üçün – 50 lari civarında.