ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına 73 dəfə hücum olubbackend

ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına 73 dəfə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına son günlər İraq “İslam müqavimət hərəkatı” və “Kətaib-Hizbullah” ümumilikdə 73 hücum edib.

İnterpress.az xəbər verir ki, məlumatı “Voanews” yayıb.

Bildirilib ki, ABŞ-nin İraqdakı hərbi bazasına 36, Suriyadakı hərbi hissəsinə isə 37 dəfə hücum olub.

Məlumata görə, hücum iranyönümlü silahlı qruplaşmalar tərəfindən edilib.

İnformasiyaya əsasən, bu hadisələr nəticəsində ABŞ hərbçiləri itki verməyib.