İspaniya və Belçika Netanyahunu qəzəbləndirdibackend

İspaniya və Belçika Netanyahunu qəzəbləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Aleksandr De Kroo və İspaniyanın baş naziri Pedro Sançesin Qəzzada törədilən qətliamın dayandırılması tələbinə reaksiya verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəzzadakı qətliamla bağlı gözlədiyi dəstəyi tapa bilməyən Netanyahunun ofisindən verilən açıqlamada Belçika baş naziri Aleksandr De Kroo və İspaniya baş naziri Pedro Sançesin açıqlamalarına reaksiya verib.

Baş nazirlikdən verilən açıqlamada Netanyahunun iki liderin sözlərini pislədiyi bildirilib. İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə liderlərinin bəyanatlarına görə İsraildə çalışan səfirlər nazirliyə çağırılıb və qınama mesajı verilib. İsrailin xarici işlər naziri Eli Koen də İspaniya və Belçikanın baş nazirlərini terrora dəstək verməkdə ittiham edib. İki lideri qınayan Koen İsrailin Qəzzada beynəlxalq qanunlara əməl etdiyini iddia edib.

Bundan əlavə, Koen bir daha bildirib ki, onların Qəzza zolağına hücumları münaqişəyə humanitar cavab verildikdən sonra da davam edəcək.