Marneulinin axundu kilsələrə məscidlərdən çox büdcə ayrılmasını tənqid edibbackend

Marneulinin axundu kilsələrə məscidlərdən çox büdcə ayrılmasını tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli şəhərinin İmam Əli (ə) məscidinin axundu, imamcümələrdən Hacı Hacıyev, bu gün Cümə xütbəsi zamanı Marneuli meriyasının 2024-cü il üçün nəzərdə tutulan büdcə bölgüsünü tənqid edib.

Bu barədə İnterpress.az-a bir qrup soydaşımız məlumat verib.

Belə ki, din xadimi meriya tərəfindən kilsəyə 400 min, digər dini ocaqlara isə 20 min lari ayırılmasını dini diskriminasiya adlandırıb. Hacı Hacıyev bələdiyyə iclasında verilən qərarı ədalətsiz adlandırıb və orada olan müsəlman deputatları səssiz qalmaqda günahlandırıb.

22 noyabr tarixində Marneuli Meriyası yerli büdcənin müzakirəsi zamanı kilsə və məscidlərə 420 min lari büdcə ayırıb. Bunun 400 min larisi kilsə-monastırlara, 20 min lari isə ümumi olaraq dini ocaqların kommunal xərclərinə şamil edilib.