Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəisi Vasili Malyuk bildirib ki, Krım körpüsü ilə bağlı çoxlu “sürprizlər” hazırlayırlar.
İnterpress.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə o, UTX-nin yutubda dərc olunan sənədli filmində bildirib.
Onun sözlərinə görə, UTX-nin Krım körpüsünə iki uğurlu hücumu logistik marşrutu kəsib və hazırda körpü tam işlək vəziyyətdə deyil.
V.Malyuk deyib ki, Krım körpüsünün “taleyi həll olunub”: “UTX-nin pilotsuz uçuş aparatları Rusiyanın müdafiəsinə 1 milyard dollar xərclədiyi Krım körpüsünün etibarsızlığını üzə çıxarıb”.